Nəsimi rayonu 3 nömrli Sahə İƏD ərazisində İcra Hakimiyyəti başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. 28 May, Salatın Əsgərova, Əlibəy Hüseynzadə, Şamil Əzizbəyov, Ağadadaş Qurbanov küçələri, Azadlıq prospektinin əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Aslanova Yetər, Mövsümova Kifayət, Rzayev Ramiz, Məmmədova Nuridə, Qurbanlı Pənah, Əmranlı Tərgül, İbrahimov Asif və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, mənzilin sənədləşdirilməsi, mənzil şəraitinin yaül, şılaşdırılması, istirahət guşəsinə əlavə oturacaqların quraşdırılması, küçənin abadlaşdırılması, asfalt örtüyünün təmiri barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən böyük işlər məmnunluq hissləri ilə qeyd olunmuşdur.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.