Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 4-cü mikrorayonda yerləşən İzmit parkında cari təmir işləri aparılır.

29 yanvar 2024 | 09:50

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.

Qeyd edək ki, Nəsmi rayonu 4-cü mikrorayon ərazisində  yerləşən İzmit parkında cari təmir  işlərinə başlanılıb.  Parkda yarasız vəziyyətdə olan tamet daşları bərpa olunur, bardürlər düzülür, pilləkənlərlər aqlay daşlarla üzlənilir.  Eyni zamanda park ərazisində yarasız vəziyyətdə olan idman qurğularının hissələri təmir olunur.

İzmit parkında oturacaqlar, uşaq-oyun elementləri, meydança döşəməsinin təmiri, yaşıllıqların və işıqlandırma sisteminin yenidən bərpası nəzərdə tutulubdur. Hal-hazırda işlər davam etdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər