Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 4-cü mikrorayonda yerləşən İzmit parkında son tamamlanma işləri aparılır.

15 mart 2024 | 11:15

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.

Qeyd edək ki, Nəsmi rayonu 4-cü mikrorayon ərazisində  yerləşən İzmit parkında aparılan  cari təmir  işləri yekunlaşmaq üzrədir.  Parkda yarasız vəziyyətdə olan tamet daşları bərpa olunub, bardürlər düzülüb, pilləkənlərlər aqlay daşlarla üzlənilib.  Eyni zamanda park ərazisində yarasız vəziyyətdə olan idman qurğularının hissələri təmir olunub.

İzmit parkında oturacaqlar yenilənib, kiçik tullantılar üçün qablar qoyulub, uşaq-oyun elementləri, meydança döşəməsi təmir edilib, yaşıllıqlar və işıqlandırma sistemi yenidən bərpa olunub. Hal-hazırda son tamamlanma işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər