Nəsimi rayonu Alı Mustafayev 41 saylı binada quruculuq və yenidənqurma işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Alı Mustafayev 41 saylı binanın həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agacların ərazidən çıxarılması, ümumi yaşayış binanın fasadının bərpası və rənglənməsi, həyətə yeni bardürlərin, asfalt və tamet daşlarının vurulması, dam örtüyünün əsaslı təmir olunması, blokların qapı və pəncərələrinin yeniləniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri nəzərdə tutulub.
Eyni zamanda Alı Mustafayev 41 saylı binanın hətyətində istinad divarlarının təmir bərpa olunması və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah və oturacaqların quraşdırılması işləri nəzərdə tutulub.