Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Alı Mustafayev küçəsi 1 saylı ünvanda binanın fasadında əsaslı təmir işləri aparılır.

06 may 2024 | 10:13

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.

Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin  daha da intensiv şəkildə aparılması davam etdirilir.

Rayonun  Alı Mustafayev küçəsi 1 saylı ünvanında yerləşən yaşayış binasının  fasadlında təmir-bərpa işlərinə başlanılıb. Belə ki, binanın fasadında alkapon materialdan olan üzlüklər sökülərək, bina yeni görkəmə gətiriləcək.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər