Nəsimi rayonu Alı Mustafayev küçəsi 23 saylı ünvanda binanın fasadında əsaslı təmir işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.
Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Rayonun Alı Mustafayev küçəsi 23 saylı ünvanında yerləşən yaşayış binasının fasadlında təmir-bərpa işlərinə başlanılıb. Belə ki, eyvanlar təmir edilir yaqış suları axıdan boru və navalçalar dəyişdirilir, binanın fasadı yeni görkəmə gətirilir.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.