Nəsimi rayonu Alı Mustafayev küçəsi boyu ünvanlarda binaların fasadında əsaslı təmir işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.
Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Rayonun Alı Mustafayev küçəsi boyu ünvanlarda yerləşən yaşayış binalarının fasadlarında aparılan təmir-bərpa işlərinə baxış keçirilib. Qeyd edək ki, binaların fasadları yeni görkəmə gətiriləcəkdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir-bərpa işləri davam etdirilir.