Nəsimi rayonu A.Məhərrəmov 45, 47 binalarda quruculuq və yenidənqurma işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 45, 47 saylı binaların həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan ağaclar aqrotexniki qaydada budanılıb və ərazidən çıxarılıb, binanın fasadında bərpa və rəngləmə işləri aparılıb, yağış suları axıdan borular və navalçalar dəyişdirilib, giriş qapıları və pəncərələr yenisi ilə əvəz olunub, həyətə yeni bardürlər və tamet daşları vurulub, istinad divarları aqlay üzlüklərlə bərba olunub.
Eyni zamanda A.Məhərrəmov küçəsi 45, 47 saylı binaların həyətində sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementləri və söhbətgah quraşdırılıb.
A.Məhərrəmov küçəsi 45, 47 saylı binaların həyətində əlil arabaların hərəkəti üçün yerlər, Idman qurğuları, həyətdə oturacaqların quraşdırılması və avtomobillərin parklanması üçün yerlərin ayrılması, həyətdə torpaq işlərinin görülməsi və yeni ağacların əkilməsi, yaşıllıq zolaqlarının salınması, asfalt örtüyünün vurulması işləri nəzərdə tutulub.