Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Asif Məhərrəmov 31 saylı ünvanda aparılan abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

10 mart 2023 | 10:13

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 31 saylı binanın  həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış ərazilərin çəpərləri sökülərək sakinlərin ümumi istifadəsinə verilmişdir.

Asif  Məhərrəmov  31  saylı ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Binanın giriş blokları təmir edilərək, pilləkənlər aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.

Həyətdə torpaq işləri görülüb, bardur, tamet daşları vurulub, istinad divarları hörülərək bərpa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, idman qurğuları,  oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri  quraşdırılıb. Həyətə  asfalt örtüyünün vurulub, yeni işıqlandırma sisteminin və yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, eyni zamanda avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması istiqamətdə  tamamlanma işləri gedir. Həyətdə müxtəlif növ mövsümi güllər əkilir, yaşıllaşdırma işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər