Nəsimi rayonu Asif Məhərrəmov 33 saylı binada abadlıq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 33 saylı binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb ərazidən çıxarılıb, torpaq işləri görülür.
Asif Məhərrəmov 33 saylı ümumi yaşayış binanın fasadının bərpası işləri davam edir, binanın giriş blokları təmir olunur, qapı və pəncərələr yeniləri ilə əvəz olunur, yağış suları axıdan boru və navalçaların dəyişdirilir, dam örtüyü əsaslı təmir olunur.
Qeyd edək ki, həyətə bardur və tamet daşlarının vurulması və işiqlandırma sisteminin yenilənməsi işləri də nəzərdə tutulub. Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin quraşdırılması işləri də nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.