Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Asif Məhərrəmov 33 saylı binada abadlıq işləri davam etdirilir.

22 noyabr 2022 | 09:54

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Asif  Məhərrəmov 33 saylı binanın  həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb ərazidən çıxarılıb, torpaq işləri davam edir, istinad divarları bərpa olunur.

Asif  Məhərrəmov  33  saylı ümumi yaşayış binasında   yağış suları axıdan boru və navalçaların dəyişdirilib, dam örtüyü əsaslı təmir olunub. Binanın fasadının bərpası  işləri davam edir, binanın giriş blokları təmir olunur,  eyni zamanda qapı və pəncərələr yeniləri ilə əvəz olunacaq.

Qeyd edək ki,  həyətə bardur və tamet daşlarının vurulması və işiqlandırma sisteminin   yenilənməsi, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah,  oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin  quraşdırılması işləri nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər