Nəsimi rayonu Asif Məhərrəmov 33 saylı binada yenidənqurma və abadlıq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 33 saylı binanın həyətində istinad divarlarının bərpası, çəpərə alınmış sahələrin açılması, kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağacların budanılıb ərazidən çıxarılması işləri nəzərdə tutulub.
Asif Məhərrəmov 33 saylı ümumi yaşayış binasının fasadının bərpası işlərinə başlanılıb. Eyni zamanda binanın qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, dam örtüyünün əsaslı təmiri, həyətə bardur və tamet daşlarının vurulması işləri də nəzərdə tutulub.
Qeyd edək ki, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin quraşdırılması işləri də nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.