Nəsimi rayonu Asif Məhərrəmov 33 saylı ünvana baxış keçirildi.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərin çoxsaylı müraciətləri əsasında Nəsimi rayonu Asif Məhərrəmov 33 saylı ünvanda olub. Həmin ünvanda olarkən sakinləri narahat edən məsələlərlə maraqlanıb.
Qeyd edək ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir.
Nəsimi rayoyon ərazisində aparılan abadlıq-quruculuq işlərinin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.
Nəsimi rayonu Asif Məhərrəmov 33 saylı ünvana baxış keçirilən zaman sakinlərin müraciətlərinin müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsi ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verildi.