Nəsimi rayonu Asif Məhərrəmov 60 ünvanında növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib.
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində 600-dən artıq sakinin yaşadığı 8 girişli, 5 mərtəbəli olmaqla, Asif Məhərrəmov küçəsi 60 saylı binada və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov küçəsi 60 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib. Binanın həyətinə giriş və çıxış üçün 3 yerdə pilləkən quraşdırılıb. Həyətdə tikililərin fasadları təmir edilərək rənglənmişdir.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 1500 kv.m asfalt örtüyü, 500 kv.m tamet daşı vurulub, 140 p.m-dən artıq yeni bardürlər qoyulub, 120 p.m. məhəccər quraşdırılıb. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil konteynerləri qoyulub.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, ağaclar əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Həyətdə 4 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.