Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 60 saylı ünvanda abadlıq quruculuq işləri yekunlaşmaq üzrədir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 60 saylı binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb ərazidən çıxarılıb.
Asif Məhərrəmov küçəsi 60 saylı ümumi yaşayış binanın dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçaların dəyişdirilib, binanın fasadında əsaslı təmir- bərpa işləri aparılıb, giriş blokları təmir olunaraq aqlay daşlarla üzlənib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub,.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri quraşdırılıb, məişət tullantıları üçün qablar qoyulub.
Hal-hazırda idman alətlərinin quraşdırılması işləri aparılır, eyni zamanda həyətdə tamet daşlarının vurulması, istinad divarlarında, bardürlərdə, səkilərdə təmir-bərpa işləri aparılır. Qeyd edək ki, işıqlandırma sisteminin yenilənməsi və asfalt örtüyünün vurulması da nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.