Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Azadlıq prospekti 87 saylı binanın fasadında əsaslı təmir işləri başa çatıb.

23 may 2023 | 09:50

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov, sakinlərin çoxsaylı müraciətləri əsasında  Nəsimi rayonu Azadlıq prospekti 87  saylı ünvanda olub. Həmin ünvanda olarkən sakinləri narahat edən məsələlərlə maraqlanıb. Sakinlərin müraciətinə əsasən həmin ünvanda binanın fasadında abadlıq-quruculuq işlərinin aprılmasına ehtiyac olunduğu vurğulanmışdır.

Baxış keçirilən zaman rayon rəhbərliyi sakinlərin  müraciətlərinin müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsi ilə bağlı, layihənin hazırlanmasına və abadlıq-quruculuq işlərinin başlanılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr vermişdir.

Qeyd edək ki, Nəsimi rayonu Azadlıq prospekti 87  saylı ünvanda yerləşən binanın fasadında əsaslı təmir işləri başa çatıb.

Binanın fasadında və eyvanlarında uçub tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib, bərpa olunub  və rənglənmə işləri aparılıb. Eyni zamanda yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın qapı və pəncərələri yeniləri ilə əvəz olunub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər