Nəsimi rayonu Azadlıq prospekti 87 saylı ünvanda yerləşən binanın fasadında əsaslı təmir işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, sakinlərin çoxsaylı müraciətləri əsasında Nəsimi rayonu Azadlıq prospekti 87 saylı ünvanda olub. Həmin ünvanda olarkən sakinləri narahat edən məsələlərlə maraqlanıb. Sakinlərin müraciətinə əsasən həmin ünvanda binanın fasadında abadlıq-quruculuq işlərinin aprılmasına ehtiyac olunduğu vurğulanmışdır.
Baxış keçirilən zaman rayon rəhbərliyi sakinlərin müraciətlərinin müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsi ilə bağlı, layihənin hazırlanmasına və abadlıq-quruculuq işlərinin başlanılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr vermişdir.
Hal-hazırda Nəsimi rayonu Azadlıq prospekti 87 saylı ünvanda yerləşən ümumi yaşayış binasının fasadında əsaslı təmir işlərinə başlanılıb.
Qeyd edək ki, binanın fasadında və eyvanlarında uçub tökülmə ehtimalı olan suvaq qatlarının yenidən üzlənilməsi, bərpa olunması və rənglənməsı işləri nəzərdə tutulub. Eyni zamanda yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, qapı və pəncərələrin dəyişdirilməsi, bərpa olunması işləri də nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.