Nəsimi rayonu Bakıxanov 42 saylı ünvanda son tamamlanma işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Qeyd edək ki, hazırlanmış “Bizim Həyət” layihəsi çərçivəsində Nəsimi rayonu Bakıxanov küçəsi 42 saylı ünvanda yerləşən binanı əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri başa çatmaq üzrədir. Həyətdə kök üstə qurumuş təhlükəli vəziyyətdə olan ağaclar ərazidən çıxarılılıb, budanma təmizlik işləri aparılıb. Qanunsuz hasara alınmış çəpərlər sökülərək əhalinin ümumi istifadəsinə verilib. Həyətdə torpaq işləri də görülüb.
Bu ünvanda binanın fasadı və dam örtüyü əsaslı təmir olunub, binanın yağış suları axıdan boru və navalçaları, eyni zamanda giriş qapı və pəncərələri dəyişdirilib, giriş pilləkənləri aqlay daşla üzlənib.
Həyətdə yeni suvarma və işıqlanma sistemləri çəkilib, tamet-bardur daşları vurulub. Həyətdə şahmat, mini futbol meydançası yaradılıb, uşaq oyun elementiləri, müxtəlif funksiyalı idman turnikləri, idman fitnes alətləri quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar və oturacaqlar qoyulub. Həyətə asfalt və qazon örtüyü vurulub, mühafizə kameraları quraşdırılıb.
Hal-hazırda son tamamlanma işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.