Nəsimi rayonu Bakıxanov küçəsi 42 saylı binada abadlıq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Bakıxanov küçəsi 42 saylı ünvanda abadlıq işlərinə başlanılıb. Beləliklə binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağacların budanılıb ərazidən çıxarılması və hasara alınmış sahələrin sökülərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Hal-hazırda Bakıxanov küçəsi 42 saylı ümumi yaşayış binanın fasadında, giriş bloklarında, pilləkənlərində təmir işləri davam edir. Eyni zamanda binanın qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.