Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Bakıxanov küçəsi 42 saylı ünvanda abadlıq-quruculuq işlərinə başlanılıb.

06 oktyabr 2023 | 11:46

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  “Bizim həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Bakıxanov küçəsi 42 saylı ünvanda yerləşən ümumi yaşayış binasında və həyətyanı sahədə abadlıq-quruculuq işlərinə başlanılıb. Binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb, qanunsuz çəpərlənmiş sahələr sökülərək sakinlərin ümumi istifadəsinə verilib.

Qeyd edək ki, ümumi yaşayış binanın fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın  giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması, futbol və şahmat meydançasının salınması, işləri nəzərdə tutulub.

Eyni zamanda həyətə yeni tamet–bardur  daşlarının,  asfalt, qazon örtüyünün vurulması, yaşıllıqların salınması, yeni su, işıqlandırma və təhlükəsizlik kamera sistemlərinin  çəkilməsi, sahibsiz ev heyvanları üçün damlar və quş yuvalarının quraşdırılması,  avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri də  nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər