Nəsimi rayonu Cavadxan 28 saylı ünvana baxış keçirildi.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, sakinlərin çoxsaylı müraciətləri əsasında Nəsimi rayonu 3-cü mikrorayon Cavadxan küçəsi 28 saylı ünvanda olub. Həmin ünvanda olarkən sakinləri narahat edən məsələlərlə maraqlanıb. Sakinlərin müraciətinə əsasən həmin ünvanda binanın fasadında və həyətyanı sahəsində abadlıq-quruculuq işlərinin aprılmasına ehtiyac olunduğu vurğulanmışdır.
Baxış keçirilən zaman rayon rəhbərliyi sakinlərin müraciətlərinin müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsi ilə bağlı, layihənin hazırlanmasına və abadlıq-quruculuq işlərinin başlanılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr vermişdir.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir. İşlərinin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.