Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Cavadxan 28,32 saylı ünvanlarda abadlıq-quruculuq yenidənqurma işləri davam edir.

18 aprel 2023 | 10:01

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 28, 32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri aparılır.

Cavadxan küçəsi 28, 32  saylı ümumi yaşayış binaların fasadında və istinad divarlarında  əsaslı təmir işləri aparılıb. Eyni zamanda binaların dam örtüyü əsaslı təmir edilib, yağış suları axıda boru və navalçalar dəyişdirilib. Həyətdə kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib, yeni işıqlandırma sistemi çəkilib.

Hal-hazırda torpaq işləri görülür, bardur, tamet daşları və qazon örtüyü vurulur. Qeyd edək ki, binanın giriş blokları təmir edilərək, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin  quraşdırılması, yeni asfalt örtüyünün vurulması, eyni zamanda avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işlərinə başlanılıb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər