Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Cavadxan 28,32 saylı ünvanlarda abadlıq-quruculuq yenidənqurma işlərinə başlanılıb.

11 aprel 2023 | 11:30

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov, sakinlərin çoxsaylı müraciətləri əsasında  Nəsimi rayonu  3-cü mikrorayon Cavadxan küçəsi 28, 32 saylı ünvanlarda olub. Sakinləri narahat edən məsələlərlə maraqlanıb. Görüş zamanı sakinlərin müraciətinə əsasən həmin ünvanda binanın fasadında və həyətyanı sahəsində abadlıq-quruculuq işlərinin aprılmasına ehtiyac olunduğu vurğulanmışdır.

Rayon rəhbərliyi sakinlərin  müraciətlərinin müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsi ilə bağlı, layihənin hazırlanmasına və abadlıq-quruculuq işlərinin başlanılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr vermişdir.

Hal-hazırda Nəsimi rayonu Cavadxan küçəsi 28, 32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işlərinə başlanılıb.

Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 28, 32  saylı ümumi yaşayış binaların fasadında və dam örtüyündə, istinad divarlarında  əsaslı təmir işləri davam etdirilir. Həyətdə kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılır, qanunsuz hasara alınmış ərazilərin çəpərləri sökülərək sakinlərin ümumi istifadəsinə verilir, torpaq işləri görülür, bardur, tamet daşları və qazon örtüyü vurulur.

Qeyd edək ki, binanın giriş blokları təmir edilərək, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçünsöhbətgah,  oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin  quraşdırılması, işıqlandırma, yeni asfalt örtüyünün vurulması, eyni zamanda avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər