Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Cavadxan 30 və 34 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir.

12 oktyabr 2023 | 09:58

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan 30, 34 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək  ərazidən çıxarılıb,  budanma təmizlik işləri aparılıb.

Ümumi yaşayış binaların fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binaların  giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Eyni zamanda həyətdə tamet daşlarının, qazon örtüyünün vurulması, yeni su və işıqlandırma sistemlərinin  çəkilməsi işləri də aparılıb.

Hal-hazırda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması işləri davam edir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər