Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Cavadxan 32 və 36 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir.

04 oktyabr 2023 | 10:29

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan 32, 36 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işlərinə başlanılıb. Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək  ərazidən çıxarılıb,  budanma təmizlik işləri aparılıb.

Nəzərdə tutulmuş işlər çərçivəsində ümumi yaşayış binaların fasadında və dam örtüyündə əsaslı təmir işlərinin aparılması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binaların  giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işlərinə başlanılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması, yeni tamet-bardur  daşlarının vurulması, istinad divarlarının aqlay daşla üzlənməsi, həyətə qazon suvarma xətti və işıqlandırma sistemlərinin  çəkilməsi, kiçik tullantılar üçün qabları qoyulması, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri  nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər