Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Cavadxan küçəsi 21 saylı ünvanda abadlıq-quruculuq işləri davam etdirilir.

25 mart 2024 | 10:07

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 21 saylı ünvanda abadlıq quruculuq işləri davam etdirilir.

Hazırlanmış  layihəyə uyğun olaraq Cavadxan küçəsi 21 saylı ünvanda hasara alınmış sahələr sökülərək sakinlərin ümumi istifadəsinə verilib. Binanın yağış suları axıdan boru və navalçalarının dəyişdirilməsi, fasadın, dam örtüyünün əsaslı təmiri, eyni zamanda qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işləri davam edir.

Hal-hazırda həyətdə tamet-bardur daşları vurulur, istinad divarlarının hörülməsi, giriş pilləkənlərinin aqlay daşla üzlənməsi işləri aparılır.

Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah,  oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin  quraşdırılması, yaşıllaşdırma, yeni asfalt örtüyünün vurulması, yeni suvarma və işıqlandırma sistemlərinin  çəkilməsi, təhlükəsizlik kameralarının quraşdılrılması  işlərinə də başlanılıb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər