Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Cavadxan küçəsi 21 saylı ünvanda aparılan abadlıq, quruculuq işləri tamamlanmaq üzrədir.

24 may 2024 | 10:49

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq rayonun Cavadxan küçəsi 21 saylı ünvanda binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, binanın qapı və pəncərələri yenilərilə əvəz olunub, pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binanın həyətinə yeni asfalt örtüyü, tamet daşları vurulub, qazon salınıb, yeni bardürlər qoyulub, torpaq işləri görülüb, istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, ağaclar, mövsümi çiçəklər və müxtəlif növ həmişəyaşıl kollar əkilib. Həyətdə işıqlandırma sistemləri və təhlükəsizlik kameraları quraşdırılıb.

Hal-hazırda həyətdə son tamamlanma işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır. 

Keçidlər