Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Cavadxan küçəsi 26,30 saylı ünvanlarda abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

14 sentyabr 2023 | 10:34

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 26, 30 saylı ünvanlarında yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

Görülmüş işlər çərçivəsində həyətdə hasara alınmış ərazilər sökülərək sakinlərin ümumi istifadəsinə verilmiş, kök üzərində qurumuş təhlükəli vəziyyətdə olan ağaclar ərazidən çıxarılaraq budanma təmizlik işləri aparılmışdır.

Həyətdə istinad divarları tikilərək suvanma işləri aparılmış, aqlay daşla üzlənmişdir. Binaların görünüşünə xələl gətirən elementlər sökülərək fasadlar yeni görkəmə gətirilmiş və hər iki binanın dam örtüyündə əsaslı təmir işləri aparılmışdır.

Eyni zamanda ümumi yaşayış binalarının giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunmuş, giriş hissələr, pilləkənlər aqlay daşla üzlənilmişdir. Binalarda yağış suları axıdan boru və navalçalar dəyişdirilmiş, həyətdə torpaq işləri, yeni tamet-bardur daşlarının vurulması və yeni asfalt örtüyünün vurulması işlər aparılmışdır.

Həyətdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün oturacaqlar, söhbətgahlar , idaman qurğuları və müxtəlif növ uşaq-oyun elementləri quraşdırılmışdır.

Binaları əhatə edən  sahədə  yeni su və işıqlandırma sistemləri  çəkilmiş, kiçik həcmli tullantı qabları və sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılmışdır.

Qeyd edək ki, avtomobillərin saxlanılması üçün xüsusi yerlər ayrılmış, eyni zamanda əlil arabalarının hərəkəti üçün panduslar təşkil olunmuşdur. Həyətdə təhlükəsizliyin təmin olunması üçün bir neçə yerdə təhlükəsizlik kameraları quraşdırılmışdır.

Hal-hazırda həyətdə qazon örtüyünün vurulması, ağacların və mövsümə uyğun güllərin əkilməsi işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər