Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Cavadxan küçəsi 36 saylı binanın fasadında əsaslı təmir işlərinə başlanılıb.

25 avqust 2023 | 10:27

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların, eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.

Qeyd edək ki, sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Nəsimi rayonu Cavadxan küçəsi 36 saylı binanın fasadında və dam örtüyündə təmir işlərinə başlanılıb. Həyətdə təhlükəli vəziyyətdə olan ağacların budanılması işləri aparılır.

Eyni zamanda  binanın  yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş pilləkən qəfəslərinin təmiri, giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri də nəzərdə tutulubdur. Hal – hazırda işlər davam etdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər