Nəsimi rayonu Cavadxan küçəsi 38 və H.B.Əliyev 6 saylı binaların fasadında təmir bərpa işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır
Belə ki, rayonun Cavadxan 38 və H.B.Əliyev 6 saylı ünvanlarında yerləşən ümumi yaşayış binaların fasadında və dam örtüyünün əsaslı təmir-bərpa işlərinə başlanılıb. Eyni zamanda binalarda yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, giriş pilləkənlərinin aqlay daşla üzlənilməsi işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.