Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Ceyhun Səlimov 9 saylı binanı əhatə edən həyətyanı sahədə asfaltlaşma və cari təmir işləri aparılıb.

29 iyun 2023 | 10:01

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla aparılır.

Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların həyətləri eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.

Qeyd edək ki, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 9  saylı ünvanda yerləşən ümumi yaşayış binasını əhatə edən yararsız vəziyyətə düşmüş həyətyanı sahədə  asfaltlaşma işləri aparılmışdır, eyni zamanda cari təmir işləri aparılmışdır.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.

Keçidlər