Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 7 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Ceyhun Səlimov küçəsi 7 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.
Hazırlanmış layihəyə uyğun olaraq hal-hazırda həyətyanı sahədə torpaq, yaşıllaşdırma işləri görülür, idman və şahmat meydançası yaradılır, eyni zamanda tamet, bardur daşlarının vurulması, suvarma, işıqlandırma sistemlərinin çəkilməsi işləri aparılır.
Həyətdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının və təhlükəsizlik kamerlarının quraşdırılması işləri də nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.