Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 7 saylı ünvanda abadlıq-quruculuq işlərinə başlanılıb.

22 may 2024 | 10:03

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Ceyhun Səlimov küçəsi 7  saylı ünvanda abadlıq-quruculuq işlərinə başlanılıb.

Hazırlanmış  layihəyə uyğun olaraq hal-hazırda  həyətyanı sahədə torpaq, yaşıllaşdırma işləri görülür. Eyni zamanda tamet, bardur daşlarının vurulması,  suvarma, işıqlandırma sistemlərinin  çəkilməsi işləri də aparılır.

Qeyd edək ki, həyətdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah,  oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının və təhlükəsizlik kamerlarının quraşdırılması işləri də nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər