Nəsimi rayonu ərazisində piyada səkilərində təmir-bərpa işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.
Görülmüş işlər çərçivəsində piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması, eyni zamanda piyadaların hərəkətinə maneə yaradan elementlərin ləğv edilməsi istiqamətində işlər aparılmışdır.
Belə ki, aparılan təmir işləri zamanı yararsız vəyyətə düşmüş səkilərdə-pilləkənlərdə təmir-bərpa işləri aparılıb, piyada səkilərinə yeni tamet daşları vurulub, bardürlər düzülüb.
Qeyd edək ki, piyadaların rahat hərəkətinin təmin edilməsi üçün müəyyən hissələrdə səkilərin genişləndirilməsi işləri də aparılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.