Nəsimi rayonu Həsən Əliyev küçəsində təmir-bərpa işləri aparılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonu Həsən Əliyev küçəsində piyada yollarında əsaslı təmir və bərpa işləri aparılıb.
Aparılan təmir-bərpa işləri zamanı bu ünvanda, piyadaların hərəkəti olan yollarda yarasız vəziyyətdə düşmüş tamet və aqlay daşları yeniləri ilə əvəz olunub, eyni zamanda yeni bardürlər düzülüb, bərpa işləri aparılıb.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.