Nəsimi rayonu H.Seyidzadə 18 saylı binada aparılan abadlıq quruculuq işləri yekunlaşıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, hazırlanmış layihə əsasında Nəsimi rayonu H.Seyidzadə 18 saylı binada son tamamlanma işləri yekunlaşıb. Yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Eyni zamanda binanın giriş pilləkənləri əsaslı təmir olunub, qapı və pəncərələri yeniləri ilə əvəz olunub, binanın həyətinə yeni asfalt örtüyü vurulmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.