Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu H.Seyidzadə 18 saylı binada əsaslı təmir-bərpa davam edir.

23 noyabr 2022 | 09:30

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Sakinlərin çox saylı müraciətlərinə əsaslanaraq Nəsimi rayonu H.Seyidzadə 18  saylı binada təmir bərpa işlərinə başlanılıb. Binanın fasadında, dam örtüyündə və giriş pilləkənlərində əsaslı təmir işləri aparılır, binanın giriş qapı və pəncərələri yeniləri ilə əvəz olunur, yağış suları axıdan boru və navalçalar dəyişdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər