Nəsimi rayonu H.Seyidzadə 18 saylı binada əsaslı təmir işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq H.Seyidzadə küçəsi 18 saylı binanın fasadında və giriş pilləkənlərində əsaslı təmir işlərinə başlanılıb. Eyni zamanda binanın giriş qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, dam örtüyünün əsaslı təmiri işləri də nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.