Nəsimi rayonu H.Seyidzadə küçəsi 2a saylı binanın həyətində təmir bərpa işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların, yolların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbul zamanı rayon sakinlərinin müraciətlərinə əsasən H.Seyidzadə küçəsi 2a saylı ünvanda yaranmış problemlər aradan qaldırılıb.
Görülmüş işlər çərçivəsində həmin ünvanda yerləşən binanın girişindən ümumi kanalizasiya xəttinə birləşən borular dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Qeyd edək ki, binanın həyətindən magistran yola qədər birləşən məhəllədaxili yola yeni asfal örtüyü vurulmuşdur.
Eyni zamanda bina sakinlərinin müraciətlərini nəzərə alaraq binanın həyətində yerləşən idman meydançasında yaranmış problem aradan qaldırılmışdır
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.