Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu H.Seyizadə 18 saylı binada son tamamlanma işləri gedir.

17 yanvar 2023 | 10:24

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, hazırlanmış layihə əsasında Nəsimi rayonu H.Seyidzadə 18  saylı binada son tamamlanma işləri aparılır. Yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Eyni zamanda binanın giriş pilləkənləri əsaslı təmir olunub, qapı və pəncərələri yeniləri ilə əvəz olunub.

Qeyd edək ki, hal-hazırda binanın həyətində yeni asfalt örtüyünün vurulması işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər