Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Hüseyn Seyidzadə 1 və 2a saylı ünvanlara baxış keçirdi.

15 iyul 2022 | 10:55

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və RİH nümayəndələri “Bizim həyət” layihəsi çərçivəsində istifadəyə verilmiş Nəsimi rayonu  Hüseyn Seyidzadə 1 və 2a saylı ünvanlara baxış keçirdi.

Baxış zamanı, istifadədən sonra ərazinin sanitar təmizliyi və yaşıllıqların ümumi vəziyyəti ilə tanış olub. Eyni zamanda gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirməsinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması üçün həyətdə quraşdırılmış idman qurğularının ümumi vəziyyəti ilə tanış olub, həyət  sakinləri ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verilib.

Nəsimi rayonunda görülən işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər