Nəsimi rayonu Hüseynbala Əliyev 38, və 6 saylı binaların fasadında əsaslı təmir işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların, eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.
Qeyd edək ki, qış mövsümünə hazırlıq işləri ilə əlaqədar və sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Nəsimi rayonu Hüseynbala Əliyev 38 və 6 saylı binaların fasadında və dam örtüyündə əsas təmir işlərinə başlanılıb.
Eyni zamanda binaların yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş pilləkən qəfəslərinin təmiri, giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.