Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 3, 5 və 7 saylı binalarda abadlıq və quruculuq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Hüseynbala Əliyev küçəsi 3,5 və 7 saylı saylı binaların əhatəsindəki həyətlərdə kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan ağacların aqrotexniki qaydada budanılması və ərazidən çıxarılması işlərinə, ümumi yaşayış binalarının fasadlarında bərpa və rəngləmə işlərinə, həyətlərə yeni bardürlərin və tamet daşlarının vurulması, dam örtüklərinin əsaslı təmir olunması, blokların qapı və pəncərələrinin yeniləniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilirməsi işlərinə başlanılıb.
Eyni zamanda binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılacaq.
Hüseynbala Əliyev küçəsi 3,5 və 7 saylı ümumi yaşayış binalarında sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması, söhbətgahların, oturacaqların quraşdırılması, avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub.