Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti görüşü keçirilib.

22 oktyabr 2021 | 17:03

Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti görüşü keçirilib.

Görüşdə Şura üzvlərinin rəy və təklifləri dinlənilmişdir.

 İctimai Şuranın üzvü Mehman Musayev ictimai nəqliyyatın strateji sahə olduğunu qeyd edərək onun prioritetləşdirilməsinin və davamlı inkişafının, bu sahədə koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayıb. O, son illərdə Nəsimi rayonunda bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətindən danışıb.

Şura üzvü Sevinc Budaqova yaşıllıqların salınması və qorunması istiqamətində görülən tədbirlərin rayonun ekoloji mühitinə təsirlərinə toxunmaqla bu  istiqamətdə fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

 İctimai Şuranın üzvü Gülnarə Hacıyeva görülən işlərlə bağlı ictimai iştirakçılığın artırılması üçün məlumatlandırılma tədbirlərinin genişləndirilməsinin zəruri olduğunu deyib.

Şura üzvü Vüqar Zeynallı ötən müddət ərzində şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə məlumat verib. 

Şura üzvü Sahibə Abbasova qadınlara qarşı məişət zəmnində psixi və fiziki zorakılq hallarının polis orqanlarında araşdırılması işinin təkmilləşdirilməsi, eyni zamanda bu təbəqədən olan uşaqlarla bağlı mütəmadi işin aparılması təklifini irəli sürdü.

Nəsimi rayonu İcra Hakimimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov Nəsimi rayon İcra Hakimiyyətinin fəaliyyətinin ictimaiyyətə çatdırılması və digər müvafiq sahələrdə İctimai Şuranın fəal iştirakının vacibliyini qeyd edib və dəstək verməyə hazır olduqlarını bildirib. Elnur Rəhimov cəmiyyətin maarifləndirilməsi, nəzərdə tutulan yeniliklərə münasibətinin öyrənilib təhlil olunması baxımından İctimai Şura ilə məsləhətləşmə və müzakirələrin davamlı şəkildə aparılmasının əhəmiyyətini vurğulayıb.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva İcra Hakimiyyətinin qurumun fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda təşkil olunan ictimai müzakirələr  töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır.

Vətəndaşlarla dövlət qurumları arasında bir körpü rolunu oynamaqla yanaşı eyni zamanda da əhəmiyyətli bir platformadır. Şura işini daha da gücləndirməli, eyni zamanda cənab Prezident İlham Əliyevin dediyi kimi ctimai nəzarəti aparmalıdır. Şuranın rayonun inkişafı üçün söykənən təkliflərin reallaşması üçün əlimizdən gələni etməyə hazırıq.

Keçidlər