Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın görüşü keçirildi.

27 aprel 2021 | 17:07

Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin  Rayon İcra Hakimiyyəti Başçısı ilə görüşü keçirilib. Görüşdə rayon ərazisinə birlikdə baxış keçirilmiş, rayonda aparılacaq abadlıq, quruculuq işləri ilə bağlı müzakirələr aparılmışdır.

İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi üçün sorğuların nəticəsi barədə söhbətlər aparılmışdır. Eyni zamanda rayonda yerləşən təşkilatlarda sorğu keçirilməsi barədə təkliflər verildi.

Qeyd olundu ki, rayonda keçiriləcək abadlıq, quruculuq işləri rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki,   ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.

Daha sonra Şura üzvləri rayonun müxtəlif ərazisinə baxış keçirmişdi.

Keçidlər