Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti görüşü keçirilmişdir.
Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin Vətən Müharibəsi qaziləri ilə görüşü keçirilib.
Görüş zamanı Şura üzvləri RİH tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin rifahının yaxşılaşdırılıması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Məlumat olaraq bildirilmişdir ki, Vətən Müharibəsi zamanı 704 nəfər Nəsimi rayon sakini səfərbərliklə hərbi xidmətə yollanmışdır. Vətən müharibəsində iştirak edən 704 nəfərdən 105-ı müxtəlif dərəcəli travma və xəsarətlər almış, onlardan 51 nəfərinə müxtəlif dərərcəli əlilliklər təyin olunmuşdur. Nəsimi rayon ərazisində qeydiyyatda olan 37 şəhid ailəsi və 39 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan 24 şəhid ailəsi və 29 Vətən müharibəsi əlili artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçılarından 56 nəfər və 12 şəhid ailə üzvü işlə təmin olunmuşdur.
Səmimi söhbət əsnasında qazilər onları narahat edən məsələlər barədə Şura üzvlərini məlumatlandırmış, eyni zamanda dövlət tərəfindən onlara göstərilən qayğı və diqqəti yüksək qiymətləndirmişdirlər. Şura üzvləri arasında fikir mübadiləsi aparılmış və Şura tərəfindən gələcəkdə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir. Səmimi söhbət zamanı qazilər şuranın üzvlərinə öz təşəkkürlərini bildirmişdirlər.