Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirildi.
İclasda açıq hökumət prinsipləri nəzərə alınmaqla vətəndaş cəmiyyəti institutları ilə əlaqələri daha da dərinləşdirmək, qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin artırılmasını təmin etmək və vətəndaş cəmiyyəti institutları ilə ünsiyyətin yeni formatını təsbit etmək məqsədilə yaradılmış “Açıq hökumət tərəfdaşlığı Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” ötən il ərzində uğurla fəaliyyət göstərmiş, onun vasitəsilə ictimai həyatın müxtəlif sahələrini əhatə edən geniş spektrli mövzular müzakirə edilmiş və mühüm qərarlar qəbul edilmişdir.
Bu Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verir.
Şura üzvləri arasında fikir mübadiləsi aparılıb və Şura tərəfindən gələcəkdə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edildi.