Nəsimi rayonu İcra Hakmiyyəti yanında İctimai Şuranın şəhid ailələri və veteranları ilə görüşü keçirilib.
Görüşdə Şuranın sədri Elnur Rəhimov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə şuranın birillik fəaliyyət dövrü əhatə olunub.
Ölkəmizdə şəhid ailələri və veteranlarla iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirildiyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandığı, otuz ilə yaxın didərginlik həyatı yaşayan həmvətənlərimizin ata-baba yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib.
Dövlətimizin başçısının, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və veteranlara daim diqqət və qayğı göstərdiyi bir daha minnətdarlıq hissi ilə qeyd edilib.
Öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran və bir il əvvəlki seçkilərdə tərkibi yenilənən İctimai Şura ilə Nəsimi rayon İcra Hakimiyyəti arasında əlaqələrin daha da möhkəmləndiyi, şəhid ailələrinin və veteranların qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb. Şura üzvləri vaxtaşırı Bu zaman aşkar edilən və qaldırılan problemlərin həlli Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq strukturları ilə birgə araşdırılır, mövcud qanunvericilik çərçivəsində öz həllini tapır. Operativ fəaliyyət üçün şura üzvləri və Nəsimi rayon İcra hakimiyyətinin səlahiyyətli şəxslərindən ibarət vatsap qrupunun yaradıldığı, şəhid ailələrinin və veteranların müraciətlərinin dərhal cavablandırılması üçün bu imkandan səmərəli istifadə edildiyi bildirilib. Şuranın sosial şəbəkələrdəki hesabları isə şəhid ailələri və veteranlarla aktiv əlaqə vasitəsidir.