Nəsimi rayonu Kaveroçkin küçəsi 13 saylı binanın fasadında təmir bərpa işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı və sakinlərin rəsmi müraciətlərinə əsasən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, müraciətlər nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır.
Rayonun Mixail Kaveroçkin küçəsi 13 saylı ünvanda yerləşən ümumi yaşayış binasının fasadında əsaslı təmir-bərpa işləri aparılıb. Qeyd edək ki, binanın yağış suları axıdan boru və navalçaları dəyişdirilib, eyvanlarda əsaslı təmir işləri aparılmışdır. Eyni zamanda binanın yararsız vəziyyətdə olan eyvanları sökülərək yenidən beton konstruksiyalarla quraşdırılmış, məhəccərləri yenilənmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.