Nəsimi rayonu M. Koveroçkin küçəsi 13 saylı binanın fasadında təmir-bərpa işləri aparılır.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam edir.
Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir.
Qeyd edək ki, Nəsimi rayonu Koveroçkin küçəsi 13 saylı binanın fasadında və eyvanlarında konstruktiv elementlərin, karniz hissələrin, suvax qatlarının qəzalı vəziyyətdə olması ilə bağlı sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq təmir işlərinə başlanılmışdır.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.